“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 2 yoxlama görüşü komanda üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, klubun yaydığı məlumata görə, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsinə şans verib.
“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov meydana daxil olublar.
Komandanın baş məşqçisi Azər Bağırov oyunlardan sonra akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandanın real namizədləri olacağına inandığını da xüsusi olaraq vurğulayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта