Heç də pis mövsüm keçirməyən ''Trabzonspor'' bu qış ikinci transferini rəsmiləşdirib. Daha öncə nigeriyalı Çibuike Nvaivunu heyətinə qatan qaradənizlilər bu dəfə Matias Förtoft Löviklə anlaşıblar.
"Football-plus.az" xəbər verir ki, ''Parma''dan transfer edilən norveçli sol müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. Bu transfer ''Trabzonspor''a 4 milyon avroya başa gəlib.
Klubdan verilən açıqlamada bu məbləğin ''Parma''ya 6 dəfəyə ödəniləcəyi qeyd olunub. Bu futbolçunun sonrakı transferindən də italyanlara 10 faiz pay çatacaq. Lövikin maaşına gəlincə, ona bu mövsümün ikinci dövrəsi üçün 400 min avro ödəniləcək. Gələn mövsümdən onun illik maaşı 800 min avro olacaq.
''Molde''nin yetirməsi olan və peşəkar karyerasına bu klubda start verən 22 yaşlı futbolçu 2025-in yanvarından ''Parma''nın şərəfini qoruyurdu. O, bu mövsüm 12 rəsmi oyunda iştirak edərək aktivinə 1 məhsuldar ötürmə yazıb. Lövik ''Trabzonspor'' tarixinin 202-ci əcnəbi, 4-cü norveçli futbolçusudu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта