RU

Kaliforniya qubernatoru: Trampın çıxışı “darixdirici” və “kobud” idi...

Kaliforniya qubernatoru ABŞ prezidenti Donald Trampın nitqini sərt tənqid edib...

Poliqon xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Donald Trampın son çıxışını kəskin şəkildə tənqid edib. The Guardian nəşrinin yazdığına görə, Nyusom Trampın nitqini “darixdirici” və “bəzən açıq-aşkar kobud” adlandıraraq, onun məzmun baxımından heç bir real nəticə doğurmadığını bildirib.

Nyusomun sözlərinə görə, Trampın çıxışı “son illərin, bəlkə də ən mənasız bir saatı” olub. Qubernator vurğulayıb ki, bu, təkcə onun üçün deyil, bütün dünya üçün vaxt itkisi təsiri bağışlayıb.

ABŞ-də Demokratlar Partiyası daxilində 2028-ci il prezident seçkilərinin əsas namizədlərindən biri sayılan Nyusom Trampın ritorikasını “od və qəzəb dolu, lakin real nəticə verməyən çıxış” kimi xarakterizə edib.

Kaliforniya qubernatoru Avropa liderlərinə də mesaj ünvanlayaraq bildirib ki, Avropa Trampın bu cür çıxışlarına qarşı sərt, inamlı və ləyaqətli mövqe nümayiş etdirməlidir. “Əgər Avropa bu gün baş verənlərdən sonra da qəti reaksiya verməzsə, ciddi narahat olmalıdır. Bundan daha hansı sübut lazımdır?” deyə Nyusom qeyd edib.

O, eyni zamanda Avropa liderlərinin, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun mövqeyinin Trampa psixoloji təsir göstərdiyini də vurğulayıb. Nyusomun fikrincə, Avropa siyasi dairələrindən gələn reaksiyalar Trampın tonunu xeyli yumşaldıb.

“Tramp dünən baş verənlərə reaksiya verdi. Dünən isə təkcə Makronun və Avropa İttifaqı prezidentinin çıxışları yox, həmçinin Karninin nitqi və bazarların reaksiyası da var idi”, deyə Kaliforniya qubernatoru əlavə edib.

Poliqon.info

Избранный
76
9
poliqon.info

9Источники