RU

Hibrid və "plug - in" hibrid avtomobillərdəki yanğınların bir səbəbi nədir?VIDEO

Soyuğa və istiyə qarşı izoliyasiya olunan avtomobil batareyaları alışa bilər. Hibrid və plagin hibrid avtomobillər qənaətli olduğu qədər də həssasdır. Xüsusən batareya sistemi avtomobilin alt hissəsində yerləşən modellərdə sürücülər qış aylarında "qustar" üsullara əl atırlar.

Xezerxeber.az-ın xəbərinə görə, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, məqsəd batareyanı soyuqdan və zərbədən qorumaq olsa da, nəticə çox vaxt faciəvi olur.

Usta bildirib ki, batareya bloklarının zavod tərəfindən müəyyən edilmiş soyutma və isitmə balansına edilən istənilən müdaxilə onun ömrünü də kəskin azaldır. Adi üsulla edilən izolyasiya nəinki faydalı olur, əksinə, elektrikli avtomobillərdə enerji itkisinə və texniki nasazlığa yol açır.

Dəniz Ağabəyli əlavə edib ki, yanğınların tək səbəbi batareya izolyasiyası deyil. Avtomobillərə quraşdırılan əlavə avadanlıqlar da, elektrik sisteminə artıq yük salır. Düzgün çəkilməyən naqillərdə yaranan qısaqapanma saniyələr içində avtomobili külə çevirə bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
18
5
xezerxeber.az

6Источники