RU

Qurban Qurbanovdan tarixi qələbə ilə bağlı İLK SÖZLƏR

Qurban Qurbanov "Qarabağ" - “Ayntraxt Frankfurt” oyunundan sonra açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, Qurban Qubranov qələbə qazandıqları oyunu belə şərh edib:

"Bizə, futbolçulara inam azalmışdı. Amma bu gün azarkeşləri stadionda görəndə futbolçular həddindən artıq motivasiyalı oldular. Bu qalibiyyət sanki azarkeşlərin haqqı idi. Hər birinə təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm. Sona kimi oyundan qorxmadılar və nizam-intizamı qoruyub saxladılar. Bu gün əsl böyük futbol idi. Hələ belə bir uğur olmamışdı. Bunu "Qarabağ" tarixinin ən böyük uğuru adlandıra bilərik. Bəlkə də hal-hazırda Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmununam, Allaha şükürlər olsun". 

Qeyd edək ki, “Qarabağ” “Ayntraxt Frankfurt”la oyunda 3:2 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Избранный
58
yenisabah.az

1Источники