RU

Rusiya və ABŞ tankları müqayisə edilib

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nın “M1E3 Abrams” tankı ilə Rusiyanın “T-14 Armata” tankının perspektivləri müqayisə olunub.

Reyting.az-ın məlumatına görə, “19FortyFive” nəşrinin ekspertləri tərəfindən aparılan təhlil zamanı bildirilib ki, “M1E3 Abrams” bir sıra mühüm üstünlüklərə malikdir. Qeyd olunur ki, bu tank pilotsuz qüllə, hibrid mühərrik, avtomatik doldurma sistemi və şəbəkə-mərkəzli döyüşlərə uyğunlaşdırılmış modul qorunma sistemləri ilə təchiz edilib.

Mütəxəssislərin fikrincə, Rusiyanın “T-14 Armata” tankları daha müasir formada təkmilləşdirilsə belə, bu modelin lider mövqedə olması barədə danışmaq hələ tezdir. Onların qənaətinə görə, “M1E3 Abrams” tankının yenilənməsi tam başa çatdıqdan sonra qüvvələr balansı kəskin şəkildə dəyişə bilər.

Ekspertlər vurğulayıblar ki, “T-14 Armata” tankının əsas çatışmazlığı onun indiyədək kütləvi istehsala buraxılmamasıdır.

Yeni istehsaldan çıxan “M1E3 Abrams” tankı isə müasir texnologiyalarla təchiz olunub. Bu döyüş maşını avtomatik doldurma sistemi, pilotsuz qüllə və modul müdafiə elementlərinə malikdir. “Armata” tankı sınaqlardan keçmiş hazır konstruksiya hesab edilsə də, onun kütləvi istehsalı hələ həyata keçirilməyib.

Mütəxəssislər qeyd ediblər ki, hər iki tərəfin öz tanklarını tərifləməsini təbii qarşılasalar da, hansı modelin daha üstün olduğu zamanla tam aydın olacaq.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
88
reyting.az

1Источники