RU

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyunun ƏN YAXŞISI seçildi

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşı futbolçusu bəlli olub.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.

O, matçda 2 qol vuraraq təmsilçimizin qələbə qazanmasında əsas memarlardan olub.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

Избранный
31
3
bizim.media

10Источники