RU

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyununun ən yaxşısı seçilib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Far.Az xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.

O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsinə əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.

Избранный
90
5
far.az

10Источники