Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o yanvarın 21-də dünyasını dəyişib.
Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.