RU

Tramp: İran nüvə proqramını davam etdirsə, ABŞ ona qarşı güc tətbiq edəcək

“Tehran nüvə proqramını inkişaf etdirməyi davam etdirsə, ABŞ İrana qarşı yenidən hərbi güc tətbiq etməyə hazır olacaq.”

APA xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp CNBC-yə müsahibəsi zamanı deyib.

"ABŞ-ın İrana hücumuna gəlincə, əgər bunu etsələr, bu, yenidən baş verəcək. Onlar nüvə proqramını inkişaf etdirməyi dayandırmalıdırlar. Onlar nüvə proqramı ilə təcrübələr aparmağa davam edirlər", - Tramp bildirib.

Избранный
39
apa.az

1Источники