“Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan futbolunun və UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu ötən gecə UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 7-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası üzərində möhtəşəm qələbə qazanıb.
Ağdam təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi oyunda qələbə qolunu 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Bununla da o, UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vurmuş ilk azərbaycanlı futbolçu olub.
Xatırladaq ki, “Qarabağ” tarixində 2-ci dəfədir ki, UEFA Çempionlar Liqsının əsas mərhələsində çıxış edir. Ağdam klubu 2017/2018-ci illər mövsümündə 2, bu mövsüm isə hələlik, 13 qol vurub. Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin sonuncu turunda İngiltərədə “Liverpul”un qonağı olacaq.
