RU

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan şəxslərdən 6 kiloqram narkotik vasitə aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev saxlanılıblar.

Olaylar.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı avtomatı polisə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
66
19
olaylar.az

10Источники