RU

Azərbaycanlı rəssamın əsəri ABŞ-da birinci yerə layiq görülüb

Vaşinqton, 22 yanvar, AZƏRTAC

ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin əsəri Vaşinqtonda təşkil olunmuş rəsm sərgisində birinci yerə layiq görülüb.

AZƏRTAC-ın məlumatına görə, Hill Mərkəzi tərəfindən təşkil olunmuş nüfuzlu 2026 Regional Münsiflər Sərgisində Virciniya və Merilən ştatlarından və paytaxt Vaşinqtondan 800 rəsm əsəri müsabiqəyə təqdim olunub. 124 sənət əsəri seçilərək sərgiyə çıxarılıb və aralarından azərbaycanlı rəssamın yağlı boya ilə çəkdiyi “Astral drift” əsəri birinci yerə layiq görülüb.

Sözügedən sərgidə Vüqar Quliyevə birinci yerə layiq görülməsi ilə bağlı sertifikat və mükafat təqdim olunub.

Seçilmiş əsərlər mayın 3-nə kimi “Old Naval Hospital”da sərgilənəcək.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
80
5
azertag.az

6Источники