RU

Azərbaycanda sənaye sektoruna ötən il 8 milyard manata yaxın sərmayə yatırılıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda sənaye sektoru üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri 7,916 milyard manat təşkiledib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1%azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 37,3%-ə bərabər olub.

Hesabat sənaye sektoruna yatırılmış investisiyaların 5,213milyard manatı (+4,4%) mədənçıxarma sənayesinə, 636,7 milyon manatı(-55,6%) emal sənayesinə, 1,711 milyard manatı (+27,4%) elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatına,354,8 milyon manatı (+57,6%) isə su təchizatı; tullantılarıntəmizlənməsi və emalına yönəldilib.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosialsahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz azinvestisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumisərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalısahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin,3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlətsektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxilimənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumisərmayənin 80,2 faizini təşkil edib.

Məqalədə:
Избранный
62
1
az.trend.az

2Источники