Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub.
Aznews.az xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb.
Araşdırma aparılır.
Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb.