M.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur: “ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır. Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm”. M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə “Real” TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib: “Mən “Real”ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar? Bəzən mənimlə də ünsiyyətdə olurlar”. Bu yerdə aparıcı Ülvira Qarayeva repilka verib: “İnan ki, yox…”. M.Ağayev: - Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər. Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm. Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı demişdi: “Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da “Azərbaycan” qəzetinin baş redaktoru idi”. Əsmətxanım Rzazadə
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта