RU

Mingəçevirdə mənzillərin qiymətində bahalaşma var: Təklif tələbi ödəmir

MİNGƏNCEVİR, 22 yanvar. TELEQRAF

Mingəçevirdə son iki ay yarım ərzində mənzillərin satiş qiymətində ortalama 10 min bahalaşma qeydə alınıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun əldə etdiyi məlumata görə, mənzillərin satış qiymətlərində müşahidə olunan artım dinamikası satışa təklif olunan mənzillərin azlığı ilə əlaqədardır.

Əmlak üzrə mütəxəssis Saləddin Baxşəliyev bilirib ki, qiymət artımının qarşıdakı dönəmlərdə də davam edəcəyi istisna deyil:

"Mənzil almaq istəyənlər çox, satışa çıxarılan mənzillərin sayı isə azdır. Yəni tələbat ehtiyacı qarşılamır. Ölkənin dördüncü şəhərində yeni müasir binaların inşasına ehtiyac var. Hələlik yeni binalartikilmir, sakinlər də istifadəsində olan mənzilləri satmaq istəmirlər".

Mütəxəssisin sözlərinə görə, qiymətlər mənzillərin yeni, yaxud köhnə tipli binada yerləşməsinə, ünvanına, mərtəbəsinə və təmir səviyyəsinə görə dəyişir. Məsələn, yeni tipli binalarda bir neçə ay öncə 55-60 min manatatəklif olunan bir otaqlı mənzillərin qiymətihazırda 65 min manata təklif olunur.

Köhnə tipli bir otaqlıların qiyməti 45 min manat minimumdan 50-55 min manat həddinə yüksəlib. Bu dinamika iki və üç otaqlı mənzillərin satışından da yan keçməyib. Köhnə tipli binalarda iki otaqlıların dəyəri 80 min manat civarındadır.

Təzə binalarda isə bir neçə ay öncə 70-75 min manata təklif olunan iki otaqlı mənzillər indi 80-100 min manatadır.

Köhnə binalarda üç otaqlı mənzillərin maksimal satış qiyməti 95 manatdır çatıb. Yeni binalardaüç otaqlı mənzillər 100-135 min manata təklif olunur.

Saləddin Baxşəliyevin sözlərinə bu qiymətlər əslində region üçün kifayət qədər yüksəkdir.

Şəhərdə torpaqların qiyməti isə sabit qalıb. Əvvəlki aylarda olduğu kimişəhər mərkəzində torpağın 1 sotu 25-30 min manata, şəhər ətrafı magistral yollara yaxın ərazilərdə isə yerindən asılı olaraq 4-5 sotluq torpağı 35-45 min manata satın almaq mümkündür.

Mənzil kirayə qiymətləri dəhələ ki dəyişməyib.

Избранный
126
teleqraf.com

1Источники