RU

Onkoloji xəstələrin müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq

Bakı. Trend:

Azərbaycanda əcnəbilərə təxirəsalınmaz onkoloji yardımixtisaslaşdırılmış dövlət tibb müəssisələrindədövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə komitəsininbugünkü iclasında “Onkoloji yardım haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasınınərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayanşəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişliəsaslarla həyata keçirilir.

Qanun layihəsinə əsasən, onlara təxirəsalınmaz onkoloji yardımisə ixtisaslaşdırılmış dövlət tibb müəssisələrindədövlət büdcəsi vəsaiti hesabına göstəriləcək.

Həmçinin, dövlət onkoloji xəstələrin dispanserizasiyası,müayinə, müalicə və reabilitasiyasını həyata keçirənixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin,dövlət onkoloji xidmət strukturlarının yaradılmasıvə onların maddi-texniki bazasının gücləndirilməsinə,dövlət tibb müəssisələrində müalicə-diaqnostikatəchizatına və yüksək effektli dərman vasitələrinə, o cümlədənnarkotik və qeyri-narkotik ağrıkəsici preparatlara olan tələbatıntam təmin edilməsinə təminat verəcək.

Onkoloji yardım göstərən dövlət tibbmüəssisələrində onkoloji xəstələrin dərman vasitələri ilətəminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydadahəyata keçiriləcək.

Onkoloji yardım göstərən dövlət tibbmüəssisələrində onkoloji xəstələrin müalicəsi üçün illikayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotikağrıkəsici preparatların siyahısı və miqdarı müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Избранный
27
5
az.trend.az

6Источники