RU

İcraçı direktor: Ötən il “Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə 3400-dən çox sahibkar müraciət edib

Bakı, 22 yanvar, AZƏRTAC

2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub.

“GS1 bazası “Azexport.az” portalına inteqrasiya olunub, məhsul məlumatlarının standartlaşdırılması təmin edilib. “Enterprise Azerbaijan" portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub. İxracı həyata keçirilmiş 5 əsas məhsul qızıl, pomidor, meşə fındığı, karbamid və pambıq lifi olub. İxracın həyata keçirildiyi 5 əsas ölkə isə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna qeydə alınıb”,- deyə V.Qasımlı əlavə edib.

Избранный
26
1
azertag.az

2Источники