RU

Taleh Əliyev: Kubanın daxili idarəçilik modeli sarsılmaz görünsə də, iqtisadi təzyiqlər kritikdir – ÖZƏL

The Wall Street Journal-ın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün Havana rəhbərliyi daxilində tərəfdarlar axtarır. ABŞ tərəfi Kubanın iqtisadi vəziyyətinin kritik həddə çatdığını və Venesuela lideri Nikolas Maduronun dəstəyinin zəifləməsindən sonra hökumətin xüsusilə həssas durumda olduğunu bildirir.

Maraqlıdır, ABŞ-nin Kuba hökuməti daxilində tərəfdar axtarması nə dərəcədə real və effektiv strategiya sayıla bilər?

Mövzunu  Olaylar.az-a şərh edən  siyasi ekspert Taleh Əliyev  bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Kuba arasındakı düşmənçilik təkcə siyasi-ideoloji fərqliliklərdən qaynaqlanmır: "Bu qarşıdurmanın formalaşmasında müasir Kubanın qurucusu və lideri Fidel Kastroya qarşı ABŞ-də onun "arzuolunmaz şəxs" elan edilməsi, eləcə də Kast­ronun açıq şəkildə anti-Amerika siyasi xətt yürütməsi də mühüm rol oynayıb. Doğrudur, SSRİ dağıldıqdan sonra Kuba daha çox Venesuela nefti hesabına ölkənin enerji tələbatını ödəməyə nail olurdu. Lakin bu gün Kuba digər avtoritar rejimlərdən fərqli olaraq daha dayanıqlı və stabil dövlət idarəçilik modelinə malikdir. Xalqın sosial vəziyyəti də bir çox dünya ölkələri ilə müqayisədə nisbətən qənaətbəxşdir. Məhz buna görə düşünmürəm ki, ABŞ qısa müddət ərzində Kubanın özünə tapdığı tərəfdaşlar və ölkədə yarana biləcək sosial-iqtisadi böhran vasitəsilə hakimiyyət dəyişikliyinə nail ola bilsin.

"Nəzərə alsaq ki, bu gün böyük dövlətlərin yeni müttəfiq axtarışları təkcə iqtisadi maraqlara deyil, həm də geosiyasi maraqlara əsaslanır, bu baxımdan Kubanın ənənəvi müttəfiqləri olan Rusiya və Çin Xalq Respublikasından dəstək alaraq dirəniş göstərməsi ehtimalı daha böyükdür. Ona görə də Venesuelada yaşananlar və digər regionlarda  ABŞ-nin həm xüsusi xidmət orqanları vasitəsilə, həm də son zamanlar Trampın səs-küylü bəyanatları fonunda yaratdığı siyasi fon nəzərə alınsa belə, Kubada qısa müddətdə hakimiyyət dəyişikliyinin baş verməsi real görünmür", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
olaylar.az

1Источники