“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə News24.az-a onun köməkçisi Rüfət Zəkizadə məlumat verib.
Onun sözlərinə görə, hazırda Kəmalə Ağazadənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir:
“Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Həkimlər hazırda onun yanındadır, müayinələr aparılır və bu gündən etibarən müalicəsinə başlanacaq. İlkin məlumata əsasən, təxminən 10 gün müddətində xəstəxanada müalicə alması nəzərdə tutulur”.
"Cebheinfo.az"