RU

Qarabağı Pley Off-da dünya nəhəngləri gözləyir - Siyahıda görün kimlər var

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxt Frankfurt” üzərində qazanılan qələbə ilə pley-off mərhələsinə vəsiqəni demək olar ki, rəsmiləşdirən “Qarabağ”ı növbəti mərhələdə olduqca çətin sınaqlar gözləyir.

Missiya.Az turnir cədvəlinin hazırkı vəziyyətini və Çempionlar Liqasının liqa mərhələsində formalaşan ümumi mənzərəni nəzərə alaraq “Qarabağ” üçün pley-off mərhələsində düşə biləcək potensial rəqibləri müəyyənləşdirib.

Qeyd edək ki, siyahıda cüzi dəyişikliklərin olması istisna edilmir. Belə ki, qarşıda hələ 8-ci tur oyunları var. Bu turun nəticələri pley-off mərhələsində yer alacaq komandaların sıralamasına müəyyən təsir göstərə bilər. Lakin böyük ehtimalla ümumi mənzərə ciddi şəkildə dəyişməyəcək. 8-ci turun oyunları yanvarın 28–29-da keçiriləcək. Pley-off mərhələsinin püşkatma mərasimi isə yanvarın 30-na planlaşdırılıb.Xatırladaq ki, pley-off mərhələsində qarşılaşmalar iki oyunlu sistem üzrə keçiriləcək. Komandalar bir-biri ilə ev və səfər matçlarında üz-üzə gələcəklər.

Qarabağ” üçün potensial pley-off rəqibləri:“Barselona” (İspaniya)“Sportinq” (Lissabon) (Portuqaliya)“Mançester Siti” (İngiltərə)“Atletiko Madrid” (İspaniya)“Atalanta” (İtaliya)“İnter” (Milan) (İtaliya)“Yuventus” (İtaliya)“Borussiya Dortmund” (Almaniya)“Qalatasaray” (Türkiyə)“Olimpik Marsel” (Fransa)“Bayer Leverkuzen” (Almaniya)“Monako” (Fransa)“PSV Eyndhoven” (Niderland)“Atletik Bilbao” (İspaniya)“Olimpiakos” (Yunanıstan)

Seyranə Quliyeva

Missiya.Az

Избранный
80
missiya.az

1Источники