RU

Elit məktəb məzunu niyə 6 il GÖZLƏDİ? - Ədalət Muradovun akademik yolu suallar doğurur

Sovet dönəmində Bakıda cəmi iki nüfuzlu təmayül məktəbi fəaliyyət göstərirdi: Kimya-Biologiya və Fizika-Riyaziyyat. Bu məktəblər sıradan orta təhsil müəssisələri deyildi, buranı bitirənlər faktiki olaraq ölkənin təhsil elitası hesab olunurdu. Statistikaya görə, həmin məktəblərin məzunlarının təxminən 99 faizi ilk ilcə Bakıda ali məktəblərə qəbul olunurdu.
Bu reallıq fonunda bəzi bioqrafik faktlar istər-istəməz sual doğurur.
Yenicag.az AzFakt.com-a istinadən xəbər verir ki, 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş,hal-hazırda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru,professor Ədalət Muradov Azərbaycanda imtahan verib ali məktəbə daxil ola bilmir. Orta məktəbi bitirdikdən 6 il sonra 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur və 1990-cı ildə həmin fakültəni bitirir.

Избранный
37
yenicag.az

1Источники