RU

Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 37%-ə endirdi

BAKI, 22 yanvar. TELEQRAF

Türkiyənin Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 100 baza bəndi azaldaraq 38%-dən 37%-ə endirib.

Teleqraf xəbər verir ki, TCMB-nin açıqlamasında qeyd olunub ki, dekabr ayında inflyasiyanın əsas meyli zəifləsə də, qabaqlayıcı göstəricilər yanvarda aylıq istehlak inflyasiyasının əsasən ərzaq qiymətləri hesabına artdığını göstərir.

Sənəddə bildirilib ki, son rüb üzrə göstəricilərə görə, tələbat şərtlərinin dezinflasiya prosesinə verdiyi dəstək azalsa da, davam edir.

Избранный
96
teleqraf.com

1Источники