Bakı.Trend:
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.Zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinətəşyaları və mobil telefonlarının talandığını bildiriblər.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləoğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.
Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindənmaqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinənƏ.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.