RU

"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın "Atheer" xəbər agentliyinə verdiyi müsahibə gündəm mövzusu olub.

Publika.az xəbər verir ki, Ərdoğan şəxsi həyatı, ailəsi və gördüyü işlər haqqında sualları səmimi şəkildə cavablandırıb.

O, Rəcəb Tayyib Ərdoğanla uşaqlıq təcrübələrinə toxunub: "Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir".

Bilal Ərdoğan anası Əminə Ərdoğanın ərəb mənşəli olmasını xatırladıb: "Anam ərəb mənşəlidir. Babam və nənəm evlərində bir-biri ilə ərəb dilində danışırdılar".

Избранный
47
publika.az

1Источники