Ermənistanda hərbi komissarlığın şöbə rəisi həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Ermənistanın Armavir vilayətində Müdafiə Nazirliyinin hərbi komissarlığının bölmə rəisi həbs olunub. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohandjanyan bildirib.
Komitə Armavir hərbi komissarlığının vəzifəli şəxsi və daha üç nəfər barəsində cinayət təqibinin başlandığını elan edib.
İstintaqın məlumatına görə, məmur rüşvət müqabilində vətəndaşların təlim toplanışlarından qanunsuz azad edilməsini təşkil edib. Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edib.
Xuraman Etibarlı
İnterpress.az