RU

“Qiyamət günü radiosu” UVB-76 yeni mesaj yayımlayıb

Efirə ötürülən növbəti kod söz diqqət çəkib...

Poliqon xəbər verir ki, “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 radiostansiyası efirdə yeni mesaj yayımlayıb. Məlumata görə, yayım zamanı “ər-arvad” sözü səsləndirilib və bu siqnal cümə axşamı Bakı vaxtı ilə saat 14:23-də qeydə alınıb.

UVB-76 radiostansiyası uzun illərdir sirli yayımları ilə diqqət çəkir və onun efirə ötürdüyü qısa, mənasız görünən sözlər və ya rəqəm ardıcıllıqları müxtəlif versiyalara səbəb olur. Stansiya əsasən sükut rejimində olur, yalnız fasilələrlə bu cür kodlu mesajlar yayımlayır.

Mütəxəssislər və hərbi müşahidəçilər UVB-76-nın mümkün hərbi və ya strateji təyinatı ilə bağlı fərqli fikirlər irəli sürsələr də, radiostansiyanın real funksiyası rəsmi şəkildə heç vaxt təsdiqlənməyib. Bəzi versiyalara görə, bu cür mesajlar ehtiyat rabitə sisteminin yoxlanılması və ya kodlu siqnalların ötürülməsi məqsədi daşıya bilər.

Qeyd edək ki, UVB-76 son illərdə dəfələrlə oxşar qeyri-adi mesajlar yayımlayıb və hər bir yeni siqnal ictimaiyyət və mediada geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники