RU

Bəşəriyyətin sonunu gətirəcək əsl silah məlum oldu: Bill Qeyts açıqladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Microsoft” şirkətinin qurucusu və milyarder Bill Qeyts bəşəriyyət üçün ən böyük təhlükənin ənənəvi silahlar olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The international” məlumat yayıb. Qeytsin sözlərinə görə, gələcəkdə insanlığın sonunu gətirə biləcək əsas silah süni intellekt olacaq.

Bill Qeyts qeyd edib ki, müasir və gələcək müharibələr artıq tanklar və raketlər vasitəsilə aparılmayacaq. Gələcəyin qarşıdurmaları əsasən kiberməkan, alqoritmlər və süni intellekt texnologiyaları üzərindən baş verəcək.

Onun fikrincə, nəzarətsiz şəkildə inkişaf edən süni intellekt yanlış əllərdə olduqda dövlətlərin kritik infrastrukturlarına — elektrik enerjisi, su təchizatı, maliyyə və rabitə sistemlərinə ciddi zərbə vura bilər. Qeyts bildirib ki, bir güllə belə atılmadan ölkələrdə xaos və böhran yaratmaq mümkündür.

Milyarder həmçinin süni intellektin bioloji təhlükələr, kütləvi dezinformasiya və qlobal qeyri-sabitlik yaratmaq potensialına diqqət çəkib. O vurğulayıb ki, texnologiyanın sürətli inkişafı ciddi beynəlxalq nəzarət mexanizmlərini zəruri edir.

Qeyd edək ki, bu mövzu ilə bağlı oxşar fikirləri texnologiya sahəsinin digər tanınmış simaları, o cümlədən iş adamı Elon Mask da dəfələrlə səsləndirib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
globalinfo.az

1Источники