RU

Karaçidə ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 67-yə çatıb

Bakı. Trend:

Pakistanın cənubunda yerləşən Karaçi şəhərində “Gul Plaza”ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərinsayı 67-yə yüksəlib.

Trend xəbər verirki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın yanvarın 17-si axşam saatlarında Karaçininsıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birincimərtəbəsində başlayıb. Alov yalnız üç gün sonra tam nəzarət altınaalınıb və söndürülüb.

Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 60 nəfərin həlakolduğu bildirilirdi. Həkimlərin açıqlamasına əsasən, indiyədəkfaciənin 15 qurbanının şəxsiyyəti müəyyən edilib. Hazırda hadisəyerində axtarış-xilasetmə əməliyyatları davam edir. İlkinehtimallara görə, dağıntılar altında 80-dən çox insan qalabilər.

Избранный
104
1
az.trend.az

2Источники