RU

Donald Tramp “JPMorgan Chase”ə qarşı məhkəmə iddiası qaldırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyəhücumdan sonra hesablarının bağlanması ilə əlaqədar olaraq ən böyükAmerika banklarından biri olan “JPMorgan Chase” və bankın icraçıdirektoru Ceymi Daymon barəsində 5 milyard dollar məbləğindəməhkəmə iddiası qaldırıb.

Trend xəbər verirki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp bankı hesabların siyasi motivlərləbloklanmasında ittiham edir. İddia Florida ştatı məhkəməsinəprezidentin özü və hotel biznesi sahəsində fəaliyyət göstərən birneçə şirkətin adından təqdim olunub. Sənəddə bildirilir ki, bank özetik kodeksini pozub, bunu isə birtərəfli qaydada, xəbərdarlıqetmədən və vəziyyəti düzəltmək imkanı vermədən edib.

Həmçinin, iddiada “JPMorgan Chase” və onun rəhbəri Ceymi Daymon“qanunsuz və əsassız” şəkildə məxfi məlumatların, o cümlədənTrampın adının digər maliyyə qurumları üçün əlçatan olan qarasiyahıda açıqlanmasında ittiham olunurlar.

Избранный
56
6
az.trend.az

10Источники