RU

“Mançester Yunayted”dən “Roma”ya

Niderlandlı hücumçu Coşua Zirkzi “Mançester Yunayted”dən ayrılaraq İtaliyanın “Roma” klubuna keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Roma” və daha bir neçə klub futbolçunun transferi uğrunda mübarizəni davam etdirir. Zirkzi ilə bağlı yekun qərarın yaxın günlərdə verilməsi gözlənilir.

Bildirilir ki, hücumçunun özü də gələcəyi ilə bağlı tez bir zamanda aydınlıq əldə etmək niyyətindədir.

Qeyd edək ki, 2024-cü ilin yayında “Mançester Yunayted” Zirkzini “Bolonya”dan 42,5 milyon avro qarşılığında transfer edib. Cari mövsümdə futbolçu bütün turnirlərdə 16 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
17
90deqiqe.az

1Источники