ABŞ və Kiyev yanvarın 23-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək görüşdə Rusiyaya enerji obyektləri üzrə atəşkəs təklif etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev Moskvaya Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılmasını təklif edəcək.