RU

Qrenlandiya Baş naziri NATO missiyasının yaradılmasına hazır olduqlarını açıqlayıb

Bakı. Trend:

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanınmüdafiəsini gücləndirmək tədbirlərini genişləndirməyə, o cümlədənNATO-nun daimi missiyasının yaradılması imkanına hazır olduqlarınıbildirib.

Trend xəbər verirki, bu barədə məlumat “Bloomberg”ə istinadən yayımlanıb.

Baş nazir media qarşısında çıxışı zamanı deyib: "QrenlandiyadaNATO missiyası, hərbi mövcudluğun və təlim fəaliyyətlərininartırılması kimi vacib təşəbbüslər vasitəsilə Arktikadatəhlükəsizliyi gücləndirmək istəyirik. Biz digər məsələlərin dəmüzakirəsinə, həmçinin daimi əsasda daha çox şey etməyəhazırıq".

Nilsen ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi MarkRütte arasında razılaşdırılan sazişin detallarını bilmədiyinibildirib. Lakin o vurğulayıb ki, ada ilə bağlı yalnız Qrenlandiyavə Danimarka saziş bağlaya bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevral ayındanetibarən bir sıra Avropa ölkələrinə qarşı yeni rüsumlar tətbiqetməyi planlaşdırırdı. Lakin Qrenlandiya ilə bağlı dialoqunbaşlanması və yanvarın 21-də Davosda NATO-nun Baş katibi Mark Rütteilə danışıqlardan sonra yeni tariflərin tətbiqindən imtinaedilib.

Избранный
72
az.trend.az

1Источники