BAKI, 23 yanvar. TELEQRAF
Rusiyalı müğənni, “Şanson ili” mükafatının dəfələrlə laureatı olan Lyubov Uspenskaya Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Televiziya və Radio Yayımı Məsələləri üzrə Milli Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Uspenskayanın ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısına daxil edilməsi ilə bağlı qərar yanvarın 22-də keçirilən iclasda qəbul olunub.
Xatırladaq ki, bundan əvvəl teatr və kino aktyoru Nikita Cigurda Kiyevin “Hətman Mazepa haqqında dua” filminin nümayişinin qadağan edilməsi qərarına görə Ukrayna hakimiyyətinə təşəkkür edib.