RU

Trampdan XƏBƏRDARLIQ – “ABŞ donanması İrana doğru hərəkət edir” – VİDEO

“ABŞ-nin hərbi gəmilərdən ibarət donanması İrana doğru hərəkət edir”.

Bizim.Media “New York Post”a istinadla xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O, bu qüvvələrdən istifadə etməyə ehtiyac qalmayacağına ümid etdiyini deyib.

Tramp Tehrana etirazçıların öldürülməməsi və nüvə proqramının yenidən başladılmaması ilə bağlı xəbərdarlıqlarını da təkrarlayıb.

“Ehtiyac yaranarsa deyə, o istiqamətə çoxlu gəmilər göndəririk. Açığı, nəyinsə baş verməsini istəməzdim, amma onları çox yaxından izləyirik”, – Tramp deyib.

Xatırladaq ki, İrandakı nümayişlər fonunda Tramp etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-ın müdaxilə edəcəyini bildirmişdi. Lakin sonradan ABŞ lideri İranın edamları dayandırdığını açıqlayaraq, Tehrana qarşı ritorikasını yumşaldıb. 

Bizim.Media 

Избранный
41
1
bizim.media

2Источники