Avropa Liqasında pley-offa yüksəlmək üçün riyazi şanslarını itirən 6 komanda müəyyənləşib.
QOL.az xəbər verir ki, artıq “Şturm” (4 xal), “Reyncers” (4), “Nitsa” (3), “Utrext” (1), “Malmö” (1) və “Makkabi” Təl-Əviv (1) turnirdə mübarizəni davam etdirmək imkanını itirib.
Həmçinin oxuyun: Avroliqada 1/8 finala və pley-offa vəsiqəni təmin edənlər
Qeyd edək ki, Liqa mərhələsini ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcək. 9–24-cü yerləri tutan kollektivlər isə pley-off mərhələsində qarşılaşacaq və bu raundun qalibləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.