RU

Gürcüstanın "Erisioni" ansamblı Gəncədə konsert verib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gürcüstanın Azərbaycandakı səfirliyinin və Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə "Erisioni" Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konserti olmuşdur. 

Konsertdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Konsertdən öncə çıxış edən Niyazi Bayramov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışaraq demişdir ki, ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf edir və belə tədbirlər xalqları birləşdirən və onları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biridir.  Zurab Pataradze isə çıxışında Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətlərindən və belə tədbirlərin xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynamasından danışmışdır. Üç əsrə yaxın zəngin tarixə malik "Erisioni" ansamblının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. 

S.YUNİSOĞLU,

"Azərbaycan"

Избранный
52
2
azerbaijan-news.az

7Источники