RU

Krasnoyarskda 14 yaşlı uşaq OĞURLANDI – Valideynlərdən PUL TƏLƏB OLUNUR – FOTO/VİDEO

Krasnoyarskda 14 yaşlı uşaq oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Krasnoyarsk şəhərində 14 yaşlı yeniyetmə naməlum şəxs tərəfindən oğurlanıb. İndi onun azadlığa buraxılması müqabilində pul (fidyə) tələb olunur.

Məlumata görə, 14 yaşlı Nikolay Kaplya dünən gündüz saatlarında itkin düşüb. O, evdən çıxıb və geri qayıtmayıb.

Könüllülər müşahidə kameraları vasitəsilə onun izini sürüblər və uşağın qara gödəkçəli, kapüşonlu bir kişi ilə birlikdə olduğunu müəyyən ediblər.

Bir müddət sonra Kolyanın valideynlərinə fidyə tələb olunan video göndərilib. Həmçinin, yeniyetmənin özünün də videomüraciəti gəlib.

O, videoda valideynlərindən oğruların tələblərini yerinə yetirmələrini xahiş edib. Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники