RU

Azərbaycan bankları 2026-cı ildə dayanıqlığını qoruyub saxlayacaq - S&P

Bakı. Trend:

"S&P Global Ratings" agentliyi Azərbaycanın, Gürcüstanın,Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın banklarının 2026-cıildə də dayanıqlığını qoruyacaqağını proqnozlaşdırır.

Trend bu barədəagentliyə istinadən xəbər verir.

Reytinq agentliyinin proqnozlarına görə, Ermənistan, Azərbaycan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bankları son ikiildə müşahidə olunan dinamikanı təkrarlayaraq 2026-cı ildə dəsabitliyini qoruyub saxlayacaq. Regionda orta kredit artımının15–20% səviyyəsində mülayim (lakin hələ də yüksək) qalması vəaktivlərin keyfiyyətinin sabitliyi bankların gəlirliliyini vəkapital səviyyələrini dəstəkləyəcək.

"Regionda iqtisadi artım üçün əlverişli perspektivlər,kreditləşməyə yüksək tələbat (xüsusilə pərakəndə seqmentdə),etibarlı maliyyələşmə və likvidlik göstəriciləri, həmçinin güclügəlirlilik hesabına dəstəklənən sabit kapital ehtiyatları 2026-cıildə reytinqlər üzrə əlavə müsbət qərarlara səbəb ola bilər", -deyə hesabatda qeyd olunur.

"S&P" bildirir ki, hazırda regionun maliyyə institutlarınınreytinqlərinin 19%-i müsbət proqnoza, 81%-i isə stabil proqnozamalikdir.

"Regionun maliyyə institutları üçün əsas risklərə artangeosiyasi gərginlik, disbalans yarada biləcək aqressiv pərakəndəkredit artımı, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlimdəyişikliyi və kibertəhlükələrlə bağlı yeni risklər daxildir",-deyə hesabatda bildirilir.

Məqalədə:
Избранный
123
1
az.trend.az

2Источники