Bakı. Trend:
Milli Məclisdə dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri vəsosial hüquqlarla bağlı konfrans keçiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqlarıkomitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxiledilib.
Belə ki, yaz sessiyasında komitədə Azərbaycan Respublikasında2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi iləəlaqədar Azərbaycanda dayanıqlı şəhərsalma, urbanizasiya proseslərivə sosial hüquqlarla bağlı konfransın keçirilməsiplanlaşdırılır.
Həmçinin, “Yeni dünya düzəni və mövcud qlobal geosiyasiproseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar”mövzusunda və rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya,“deepfake” və manipulyasiya texnologiyalarına qarşı hüquqi vəinstitusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalınhazırlanması İş Planına daxil edilib.