RU

Göygöldə bıçaqlanan şəxs Gəncədə xəstəxanada ölüb

Göygöldə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü R.Əmrahov Göygöldə yerləşən çay evində bıçaqlanıb.

O, ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində axtarışa başlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, yanvarın 23-də saat 04:30 radələrində 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

Ona qarının, beldən aşağı hissəsinin və çanağın açıq yarası diaqnozu təyin olunub.

Aparılan bütün reanimasiyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 05:15-də pasiyentin ölüm faktı qeydə alınıb.

Onun meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Избранный
5
1
apa.az

2Источники