RU

Gürcüstanın Azərbaycandan alüminium idxalına çəkdiyi xərc 2 dəfə artıb

Ötən il Gürcüstan Azərbaycandan 2,7 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 2,1 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 163 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 7 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 92 milyon ABŞ dolları, Çindən 17 milyon ABŞ dolları, Rusiyadan 13 milyon ABŞ dolları, İtaliyadan 7 milyon ABŞ dolları, Ukraynadan 5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 152 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 1,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Избранный
36
far.az

1Источники