RU

Gürcüstandan Azərbaycana ektrasiya edilən şəxslər DGK dakı qaçaqmalçılıq işi üzrə axtarışda olublar

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Gürcüstandan Azərbaycana ekstrasidiya olunan Amal Əzizov və Əbülfət İsmayılzadə Dövlət Gömrük Komitəsində siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə axtarışda olublar.

Oxu.Az xəbər verir ki, həmin şəxslər qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq,

- 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq),

- 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama),

- 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
61
10
oxu.az

10Источники