RU

Hindistanda epidemiya yayıldı

Bakı. Trend:

Hindistan höküməti Qərbi Benqal bölgəsində Nipah virusununyayılmasının qarşısını almaq üçün təcili tədbirlər görür. Bölgədəbeş yoluxma halı qeydə alınıb və təxminən 100 nəfər karantinəyerləşdirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qeydə alınmış yoluxanlar arasında iki tibb bacısı, bir həkim vəbir səhiyyə işçisi var. Xəstələrin bəzilərinin vəziyyəti ağırdır,digərlərində isə sağalma əlamətləri müşahidə olunur.

Nipah virusu epidemik yayılma potensialına görə ÜmumdünyaSəhiyyə Təşkilatı tərəfindən prioritet patogen kimi təsnif edilir.Hazırda bu virusa qarşı təsdiqlənmiş vaksin və ya spesifik müalicəüsulu mövcud deyil.

Nipah virusuna yoluxma zamanı ilkin simptomlara yüksək hərarət,baş ağrısı, əzələ ağrıları, qusma və ümumi halsızlıq daxildir.Xəstəlik ağırlaşdıqda kəskin ensefalit (beyin iltihabı), tənəffüsçatışmazlığı və koma inkişaf edə bilər. Ağır hallarda ölümgöstəricisi yüksəkdir və sağ qalanlarda uzunmüddətli nevrolojifəsadlar müşahidə oluna bilər.

Избранный
80
1
az.trend.az

2Источники