RU

Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var

Bakının Nizami rayonunda restoranda keçirilən ad günü məclisində dava olub.

Bizim.Media "Teleqraf.az"a istinadən xəbər verir ki, hadisə rayonun Ş.Mirzəyev küçəsində yerləşən restoranda baş verib.

Zəngilan rayon sakini, 1991-ci il təvəllüdlü Vaqif Vəliyev (adı və soyadı şərtidir) ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq edib.

O, həmçinin Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.

İş üzrə izahat verən Vəliyev bildirib ki, restoranda dostlarının ad gününü qeyd ediblər, həmin vaxt spirtli içki içiblər:

"Yanvarın 19-na keçən gecə, saat 02:00-da hesabı ödəyərək çıxmaq istədik. Amma hesabın artıq yazıldığını gördük və administratorla mübahisə etdik. Bu vaxt həmin yerə polislər gəldilər və dostlarımla polislərin arasında mübahisə yarandı. Mən də sonradan mübahisəyə qoşuldum. Əsəbi vəziyyətdə söyüşlər söysəm də, heç kimi təhqir etməmişəm".
 

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham elan edilib.


Nizami Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

Избранный
35
10
bizim.media

10Источники