RU

ABŞ Kanada gərginliyi pik həddə Tramp təklifini geri götürdü

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağ Ev administrasiyası Kanada hökumətini qəzəbləndirə biləcək bir addım atıb.

Ölkə.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza Sülh Komitəsində iştirak etmək üçün verdiyi dəvəti geri götürdüyünü açıqlayib. Trampın belə bir qəzəbli  addım atmasına səbəb Kanada baş naziri Mark Karninin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı  ABŞ  və Prezident Donald Tramp əleyhinə səsləndirdiyi fikirlər olub.

Paylaşdığı mesajda Tramp Kanadanın Baş naziri Mark Karniyə müraciət edən Tramp  Kanadanın Qəzza Sülh Komitəsində iştirak etmək üçün göndərdiyi dəvəti geri götürdüyü bildirib.

Qeyd edək ki, Kanadanın Baş naziri Mark Karni  Davosda Dünya İqtisadi Forumundakı (WEF) çıxışında Trampın Kanadanın mövcudluğunun  ABŞ sayəsində fikirinə sərt reaksiya verərək deyib ki,  iki ölkə iqtisadiyyat, təhlükəsizlik və zəngin mədəni mübadilə sahələrində fövqəladə bir tərəfdaşlıq qurublar: “Lakin Kanada ABŞ sayəsində mövcud deyil. Kanada inkişaf edir, çünki biz kanadalıyıq".

 Baş nazirin bu fikri Trampı qəzəbləndiri və o da Kanadaya qarşı belə bir addım atıb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
olke.az

2Источники