RU

“ABŞ istədiyini edə bilər” – Ağ Ev rəhbəri

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Qrenlandiya məsələsi ilə bağlı “istədiklərini” edə bilər.

KONKRET.az xəbər verir ki, onun sözlərini CNN sitat gətirib.

Belə ki, jurnalistlərin “gələcəkdə Qrenlandiya ilə bağlı razılaşmanın ABŞ-yə Arktikadakı əraziyə nəzarət etməyə imkan verib-verməyəcəyi” ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, ABŞ “istədiyini edə bilər”.

Sazişə Amerika suverenliyinin yeni sahələrini daxil edib-etməyəcəyi sualına cavab olaraq isə Tramp cavab verməkdən yayınıb.

Tramp həmçinin bu gün Venesuela müxalifət lideri Mariya Korina Maçado ilə danışdığını, lakin ölkənin müvəqqəti prezidentinə dəstəyini ifadə etməyə davam etdiyini bildirib.

(unikal)

Избранный
79
1
konkret.az

10Источники