RU

Almaniyalı hakim Berti Foqtsun vaxtında Azərbaycandan təklif alıb

Bakı, 23 yanvar, AZƏRTAC

Berti Foqts Azərbaycan millisində işlədiyi dövrdə məni hakimlərin inkişafı prosesinə cəlb etməyə çalışmışdı.

Bu barədə AZƏRTAC-a açıqlamasında almaniyalı keçmiş hakim Bernd Heynemann deyib. O, həmyerlisinin istefasından sonra bu məsələnin gündəmdən düşdüyünü bildirib: “Mən 2019-cu ildə AFFA-ya müraciət etmək imkanı əldə etdim. Lakin bu da nəticəsiz qaldı”.

72 yaşlı B.Heynemann Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarovu tanıdığını söyləyib:” O, II Bundesliqada çıxış edirdi. Oyunlarını izləmişəm”.

Qeyd edək ki, Bernd Heynemann Almaniyada bir neçə final oyunlarını idarə edib.

Избранный
51
2
azertag.az

3Источники