RU

“”Azəri” sözünün türk mənşəli Azərbaycan xalqına aidiyyəti yoxdur” akademik

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “Azəri” sözünün bizə aidiyyəti olmadığını deyib: “Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”.

Akademik Nizami Cəfərov xalqcebhesi.az-a açıqlamasında məsələyə münasibət bildirərək qeyd edib ki, Səyyad Aran tamamilə doğru deyir, “Azəri” sözü tarixən İran mənşəli bir tayfanın adıdır, o tayfa bu günə qədər də mövcuddur: “Yəni onun türk mənşəli Azərbaycan xalqına aidiyyəti yoxdur. Bu da bir assosiasiya yaradır. Bir vaxtlar bizdə də Azəri dili məsələsi ortaya çıxmışdı, amma elə həmin səbəbə görə bir neçə ildən sonra aradan qaldırıldı. Həmçinin bütün forma, model Azərdirsə, məsələn, o zaman “Azərqaz” olmalıdır. Yəni burada da Səyyad müəllim doğru deyir. Çünki eyni model işlənməlidir. Ona görə də mən Səyyad müəllimlə razıyam, o, düzgün izah verib”.

Akademik deputatın Türkiyədə “Azəri” sözünün işlənilməsi ilə bağlı fikrinə də izahat verib: “Türkiyə türkləri “Azəri”, “Azərilər”, “Azəri türkcəsi” ifadələrini işlədəndə bunu İran mənşəli xalq mənasında işlətmirlər. Onların heç o xalqdan, tayfadan xəbərləri yoxdur. Onlar sadəcə ixtisar edib işlədirlər. Yəni burada belə anlaşılmasın ki, Türkiyə türkləri Azərbaycan xalqını İran mənşəli hesab edir və ona görə işlədir. Xeyr, o mənada deyil, sadəcə ixtisar olunur”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
icma.az

1Источники